SEO Nədir?

Tarix: 28 İyun 2023 • Yenilənib: 21 Noyabr 2023 • Avtor: Ramal Ibrahimov

İngiliscə

SEO Xidmeti

SEO (Axtarış sistemi üçün optimizasiya) axtarışda saytın görünməsini artırmaq məqsədli prosesdir.

Sadə sözlərlə, SEO xidmeti, müvafiq sorğular axtaran istifadəçiləri cəlb etməyə yönəlmiş saytda və ondan xaricdə edilən dəyişiklikləri əhatə edir.

Optimal SEO strategiyaları sorğunun növündən asılı olaraq dəyişə bilsə də, onların əsas məqsədi həmişə sorğuların arxasındakı niyyəti yerinə yetirməkdir.

SEO'nun vacibliyi

SEO bir sıra səbəblərə görə ən güclü rəqəmsal marketinq formalarından biridir:

  • BrightEdge-ə görə, bütün onlayn təcrübələrin 68%-i axtarış sistemindən başlayır. Bu yalnız məlumat axtarışlarını deyil, həm də ticarət niyyətli axtarışları əhatə edir. Beləliklə, SEO şirkətlər üçün doğru insanlara çatmaq imkanı yaradır.

  • Backlinko‘ya görə, Google axtarış nəticələrində ilk 3 səhifələr bütün kliklərin yarısından çoxunu alır. Buna görə də veb-saytların mümkün qədər yüksək yer tutması vacibdir, hansı ki SEO-nun əsas məqsədidir.
  •  

Google'da top 3 səhifələrin kliklənmə nisbəti
  • Bir sayt axtarış nəticələrində nə qədər yüksək yer tutursa, istifadəçilər bir o qədər ona etibar edirlər.


  • SEO ödənişli reklam kimi birbaşa pul tələb etməsə də, alətlərin və məzmunun xərcini daxil edə bilər. Əgər siz sosial şəbəkələrdə və ya axtarış sistemlərində pullu reklamdan istifadə edirsinizsə, o zaman internetdə görünməni saxlamaq üçün dayanmadan ödəniş etməlisiniz. SEO ilə, əgər saytınızın səhifələri çox axtarılan açar sözlər üçün artıq yüksək yer tutursa, o, uzun müddət passiv olaraq istifadəçilər qəbul etməyə davam edə bilər. Beləliklə, əlavə xərclərə ehtiyac olmadan zəhmət, vaxt və pul qoyuluşunun nəticələri getdikcə arta bilər.


    Beləliklə, SEO veb saytınıza daha çox istifadəçi və etibar gətirməyə kömək edir və bununla da biznesinizin onlayn mövcudluğunu artırır

Axtarış sistemləri necə işləyir?

Statcounter-in məlumatına görə, axtarış sisteminə istinad edərkən insanların çoxu Google-u nəzərdə tutur, çünki o, qlobal bazar payı 93,12% olan ən populyar axtarış sistemidir.

Axtarış sistemlərinin 2023-cü ildə qlobal bazar payı

The goal of search engines is to provide users with high-quality and relevant results. For that, search engines perform three main functions: crawling, indexing, and ranking.

Crawling means browsing the web using a special program called a crawler or spider. After a successful crawl, if no problems are detected, the web pages of the site are indexed, that is, stored in the search engine’s database. And when users perform a search, the search engine tries to understand the query and select relevant web pages from its index. It then sorts the results in the SERPs based on its algorithms.

SEO necə işləyir?

Yuxarıda müzakirə etdiyimiz kimi, axtarış sistemlərinin əsas vəzifəsi saytınızı kəşf etmək, onu anlamaq, sonra isə aktuallığını və keyfiyyətini qiymətləndirməkdir.

SEO bu aspektlərin hər birinə yönəlmiş üç hissəyə malikdir, yəni:

1. Daxili SEO. Veb səhifənin komponentlərinin, o cümlədən məzmunun optimallaşdırılması. Bu prosesin əsas məqsədi axtarış sistemlərinin səhifəni başa düşməsini asanlaşdırmaq, axtarış edənin ehtiyaclarını yerinə yetirmək və rahat istifadəçi təcrübəsini təmin etməkdir. Daxili SEO-ya açar sözlərin yerləşdirilməsi, başlıqların strukturlaşdırılması və insanları nəzərə alaraq keyfiyyətli məzmun yaradılması kimi işlər daxildir.

2. Xarici SEO. Axtarış nəticələrində saytın görünməsini artırmaq üçün ondan kənarda edilən dəyişiklikləri əhatə edir. SEO-nun bu hissəsi saytın səlahiyyətini həm axtarış sistemləri, həm də istifadəçilərin gözündə artırmaq məqsədi daşıyır. Xarici SEO nümunələri bağlantı qurmaq, müsbət rəylər almaq və məzmun marketinqidir.


3. Texniki SEO. Axtarış sistemlərinin səhifəni effektiv şəkildə taraması, başa düşməsi və indeksinə əlavə etməsi üçün edilən optimallaşdırılma. SEO-nun bu hissəsinə istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün edilən dəyişikliklərdə aid ola bilər. Texniki SEO nümunələri saytın sürətləndirilməsi, strukturunun yaradılması və xəritəsinin axtarış sisteminə təqdim edilməsidir.

SEO-nun üç komponenti: Daxili, Xarici, və Texniki SEO

SEO-nun müsbət və mənfi cəhətləri

Müsbət

  • Məqsədli trafik. İstər məhsul, istər xidmət, istərsə də sadəcə məlumat üçün axtarış edən insanlar artıq axtarış sisteminin göstərəcəyi nəticələrə maraq göstəriblər. Əgər kimsə, məsələn, “tələbələr üçün ən yaxşı noutbuklar” axtarırsa, o, çox güman ki, noutbuk almaq qərarını artıq verib. Bu tip axtarışlar ticarət niyyətli sayılır. Beləliklə, ticarət niyyətli açar sözləri üçün axtarış edənlərin saytınızı ziyarət etdikdən sonra hərəkətə keçmə ehtimalı çox yüksəkdir.

  • Ölçmə asanlığı. Veb analitika alətləri ilə siz asanlıqla hansı sorğuların ən çox trafik əldə etdiyini, hansı səhifələrin yüksək kliklənmə nüsbətinə malik olduğunu, saytda keçirilən ortalama vaxtı və daha çox metrikləri izləyə bilərsiniz. Bu məlumatlar SEO ilə bağlı problemləri anlamağa və yeni taktikaları sınamağa kömək edir.

  • Güvən. İstifadəçilər axtarış nəticələrində yüksək görünən saytlara daha çox etibar edirlər. Çox insan saytların axtarış nəticələrindəki yüksək mövqeyini saytları səlahiyyət və təcrübə ilə əlaqələndirirlər.

  • Veb səhifələrin ömrü. Yaxşı optimallaşdırılmış səhifə, aktual olduğu müddətcə, illər boyu istifadəçiləri cəlb etməyə davam edə bilər. Buna görə də müəyyən SEO strategiyasının effektivliyi onun uzunmüddətli potensialına və uğuruna əsaslanaraq qiymətləndirilməlidir.

Mənfi

  • Nəticələr vaxt tələb edir. Gözəgələn SEO nəticələri orta hesabla 3-6 ay ərzində görünür. Bu proses yüksək rəqabətli nişlərdə daha yavaş, az rəqabətli sahələrdə isə daha sürətli ola bilər.

    Alqoritm yeniləmələri. Axtarış sistemlıri axtarış nəticələrinin keyfiyyətini artırmaq üçün daim alqoritmlərini təkmilləşdirir. Bu yeniləmələrin əksəriyyəti kiçik olur və nəzərə çarpmır, lakin bəzən axtarış sistemləri alqoritmlərində böyük dəyişikliklər edib reytinqlərə böyük təsir göstərə bilər. Nəticədə, bir çox saytlar trafikin qəfil azalması ilə üzləşə bilər. Odur ki, axtarış sistemlərinin əsas məqsədini yerinə yetirmək lazımdır: axtarış edənin ehtiyaclarını nəzərə alaraq səhifələr yaratmaq.

    Nəticələri proqnozlaşdırmaq çətindir. Bütün amillərin düzgün nəzərə alınması ilə belə, müəyyən SEO strategiyasının uğurunu dəqiq proqnozlaşdırmaq çox çətindir. Axtarış sistemi alqoritmləri çox mürəkkəbdir və daim dəyişir. Buna görə də bir çox amillər SEO mütəxəssislərinin kontrolunda deyil.